QROM-un təsviri və xarakteristikası.

Sort müxtəlif növ buğdaların və laboratoriya nüsxələrinin cütləşdirilməsi metodu ilə hibridləşdirilərək yaradılıb. Rusiya Federasiyası Kənd Təsərrüfatı Elmləri Akademiyasının Prezidenti Q.A.Romanenkonun şərəfinə onun adının birinci hərfindən və soyadının üç hərfindən istifadə etməklə QROM adlandırılıb. QROM yetişdikdə tökülmür, küləyə davamlılığı yaxşıdır. Fitoxəstəlik sınaqları göstərir ki, QROM sortu külləmə xəstəliyi, sarı və qonur pasla yoluxmaya az məruz qalır. Qonur pas, gövdə pası, septorioz və sünbül fuzariozuna qarşı dözümlüdür. Standart sort səviyyəsində bərk sürmə xəstəliyinə qarşı orta davamlılığa malıkdir. Əkin zamanı sürməyə qarşı dərman preparatı az miqdarda istifadə olunmalıdır. QROM şaxta və quraqlığa qarşı da davamlıdır. Yığım zamanı bir hektardan əla yığılma nəticəsi göstərir. Ona görə də “qiymətli qırmızı buğda” kateqoriyasına aid edilir. QROM sortunun sünbülü ucunda qılçıqşəkilli çıxıntılar qısadır. Qabarıq tərəfdən sünbül oxunun üst seqmentinin tüklənməsi yoxdur və ya çox zəifdir. Daxili tərəfdə alt sünbül yarpaqları çox zəif tüklənməyə malikdir. Çox yüksək və stabil məhsuldarlığı ilə xarakterizə olunur. Taxılın keyfiyyətinə görə qiymətli buğdalarla bağlı QOST tələblərinə cavab verir. Alveo Enerji 300-400, Ext.Enerji 145-190, protein 13-16%, guluten 30-3 %. Səpin müddətləri zona üçün optimaldır, daha gec səpin müddətləri yolveriləndir. Səpin norması 1 ha üçün 4,5 mln ədəd yaxşı cücərən toxum təşkil edir. Dağ və dağətəyi DƏMYƏ üsulu ilə becərilməsi tövsiyə olunur. Orta yetişkəndir. Vegetasiya dövrü 223-245 gündür. Çörəkbişirmə keyfiyyətləri yaxşıdır. Qiymətli taxıldır.
 

Fermerlər təqdim etdiyimiz toxumlardan yararlanmaq istəsələr:

- Aqronomlarımız Əkinçinin sahəsinə gələrək, toxumun becərilməsi ilə bağlı bilik və təçrübələrini ödənişsiz qaydada paylaşacaqlar.
- 1 ton miqdarından çox alınan toxum ödənişsiz qaydada ünvanına çatdırılması.